7 iyun 2012 14:37
Ruslan Abışov üç klub arasında seçim edir
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov karyerasını harda davam etdirəcəyinə hələ də aydınlıq gətirməyib. Azerisport.az xəbər verir ki, hazırda o, üç klub arasında seçim etməyə çalışır.
Futbolçunun menecerindən aldığımız məlumata görə, millimizin üzvü müqaviləsinin müddəti başa çatan “Neftçi” ilə yanaşı, “Xəzər Lənkəran”dan da ciddi təklif alıb. Bundan əlavə daha bir əcnəbi klub da Abışovu heyətinə qatmaqda maraqlıdı. Lakin həmin klubun adı açıqlanmır.
Ruslanın aqibətinə bu həftənin sonuna kimi aydınlıq gələcəyi gözlənilir. Onu da əlavə edək ki, Abışovun “ağ-qaralar”la müqaviləsinin müddəti başa çatdığından o, hazırda azad agent statusu daşıyır və istədiyi kluba problemsiz keçməsi də mümkündü.
