7 iyun 2012 15:15
Fərid Quliyev özünə yeni klub tapdı
Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev və Ceyhun Sultanovu heyətinə qatan “Sumqayıt” Futbol Klubu növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvü, son olaraq “Neftçi”nin şərəfini qorumuş Fərid Quliyev bu klubla 1+1 sistemi üzrə müqavilə imzalayıb.
Qeyd edək ki, Fərid Quliyev “Sumqayıt”da 86 nömrəli futbol geyimində çıxış edəcək.
Futbolçu karyerasına “Bakı”da (26 oyun, 2 qol) başlayan Fərid Quliyev “Muğan” (13 oyun, 4 qol), “Standard” (28 oyun, 16 qol) və “Neftçi”nin (19 oyun, 4 qol) şərəfini qoruyub. O, həmçinin 5 dəfə Azərbaycan yığmasının formasını geyinib və rəqib qapılarından 1 top keçirib.
