7 iyun 2012 15:31
“İnşallah bu klubda uğurlu çıxış edib, yenidən milliyə qayıdaram”
“Sumqayıt”ın yeni transferi – milli komandamızın hücumçusu Fərid Quliyev bu keçidlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Sumqayıt klubuyla 1+1 sistemi üzrə müqavilə imzalayan futbolçu bunları dilə gətirib:
“Sumqayıt” Futbol Klubu 2012/2013 mövsümündə özündən söz etdirməyi bacaracaq. Bu günə kimi etdiyi transferlər gələcək uğurlardan xəbər verir. Bu şəhər mənə olduqca doğmadı. “Standard”da oynayan zaman ev oyunlarımızı Sumqayıtda keçirirdik. İnşallah bu klubda uğurlu çıxış edib yenidən milli komandamızın heyətinə cəlb olunaram”.
