7 iyun 2012 16:18
Fərid Quliyev: Mənim üçün zəif və ya güclü klubda çıxış etməyin fərqi yoxdu
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Fərid Quliyev azerisport.az saytına müsahibəsində “Sumqayıt”a transferindən danışıb, növbəti mövsümdəki şanslarını dəyərləndirib.
- Niyə məhz “Sumqayıt”ı seçdiniz?
- Mənim digər klublardan da təkliflərim vardı. Amma “Sumqayıt”a üstünlük verdim. Bu komanda daha çox gənc futbolçulardan qurulub. İstəyirəm ki, mən də bu klubun uğurlarında pay sahibi olum.
- Mənim digər klublardan da təkliflərim vardı. Amma “Sumqayıt”a üstünlük verdim. Bu komanda daha çox gənc futbolçulardan qurulub. İstəyirəm ki, mən də bu klubun uğurlarında pay sahibi olum.
- Son mövsümdə axırıncı pilləni tutmuş komandadan qarşıdakı ildə nə gözləyirsiz?
- Klubun prezidenti ilə söhbətimiz oldu. “Sumqayıt” hazırda infrastrukturun yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Buna misal olaraq Sumqayıt şəhər stadionunda yenidənqurma işlərinə start verilməsini misal çəkmək olar. Bütövlükdə, mən ümid edirəm və inanıram ki, yeni mövsümdə “Sumqayıt” daha yaxşı nəticələr qazanacaq. Biz buna qadirik.

- 26 yaşınız olsa da, yeni komandanızda siz də veteranlardan hesab olunursuz...
- (gülür) Mən bu komandanın yeganə veteranı olmayacağam. Məsələn, komandada Samir Abasov, Ceyhun Sultanov kimi təcrübəlilər də yer alır.
- Bəs başqa hansı klublardan təklif almışdınız?
- İndi onların adlarını çəkmək düzgün olmazdı. Amma bircə bunu deyə bilərəm ki, həm birinci, həm də ikinci altılıqda çıxış edən klublardan dəvət almışdım.
- İndi onların adlarını çəkmək düzgün olmazdı. Amma bircə bunu deyə bilərəm ki, həm birinci, həm də ikinci altılıqda çıxış edən klublardan dəvət almışdım.
- Yeri gəlmişkən, yaman maraqlı karyera marşrutunuz var: “Bakı”-“Standard Sumqayıt”-“Neftçi”-“Sumqayıt”...
- Bakıdan Sumqayıta və əksinə transfer olunmağımın səbəbini özüm də bilmirəm. Ola bilsin ki, bu, təsadüfdü. Amma “Neftçi”də məni ehtiyatda qalmağım qane etmirdi. Mən bunu sevmirəm. Lakin bütövlükdə mənim üçün güclü və ya zəif komandada çıxış etməyimin fərqi yoxdu. Əsas odu oynamaq imkanı qazanım.
- Çempionlar Liqasında mübarizə aparacaq komandadan ayrılmaq təəssüfləndirici deyil ki?
- “Neftçi”də qalsam, yenə ehtiyatda oturmalı olacaqdım. Bu isə heç kimi qane etməzdi. Məni xüsusilə. Görünür, qismət belə imiş.
- “Neftçi”də qalsam, yenə ehtiyatda oturmalı olacaqdım. Bu isə heç kimi qane etməzdi. Məni xüsusilə. Görünür, qismət belə imiş.
- Sizcə, “Neftçi”də niyə az şans qazandınız?
- Mən bunun səbəbini bilmirəm. Mən çalışırdım, məşq edirdim. Amma nə etmək olar? Futbolda belə də olur.