7 iyun 2012 17:12
Bakı Braziliya və Argentinadan futbolçu alır
“Bakı” Kolumbiya yığmasının qapıçısı Luis Enrike Martines, eləcə də Boliviya millisinin müdafiəçisi Edemir Rodriqeslə yanaşı daha bir neçə legioner futbolçu ilə danışıqlar aparır. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın danışıqlar apardığı futbolçular Braziliya və Argentinadandı.
Hələlik onların adları açıqlanmır. Lakin paytaxt klubu bu keçidləri mümkün qədər tez həyata keçirməkdə maraqlıdı.
