7 iyun 2012 11:18

Mahmud Qurbanov: Hər şeyi sıfırdan başlamaq lazımdı

Gəncənin “Tərəqqi” klubunun baş məşqçisi təyin olunan Mahmud Qurbanov bu münasibətlə azerisport.az saytının suallarını cavablandırıb.
 
- Nə vaxt “Tərəqqi” ilə müqavilə bağlamağa qərar verdiniz?
- “Sumqayıt”dan ayrılandan sonra başqa heç bir təklif almadım. “Tərəqqi”nin rəsmiləri mənimlə əlaqə saxlayıb, baş məşqçi postunu təklif edəndə, bu variant mənə çox maraqlı gəldi. Gizlətmirəm ki, mən məşqçiliyə Premyer Liqa klublarından birində başlamağı istəyirdim. Amma məşqçilik karyerasının elə ilk ilindəcə güclü komandanı çalışdırmaq çox çətindi.
 
- Qarşınıza hansı məqsəd qoyulub?
- Yeni komanda formalaşdırmaq və “Kəpəz” üçün oyunçu hazırlamaq. Birinci divizionda çıxış edən klubun yüksək hədəfləri olmur. Sadəcə, gənc futbolçulara kömək etmək lazımdı ki, səviyyələrini artıra bilsinlər. “Tərəqqi” son mövsümdə o qədər də uğurlu çıxış etməyib. İndi isə hər şeyi sıfırdan başlamaq lazımdı.
 
- Həyəcanlanmırsız?
- Əlbəttə, müəyyən həyəcan var. Bu, böyük məsuliyyətdi. Meydanda olanda komanda yoldaşlarının da köməyinə ümid edə bilirsən. Amma burda hər şey özündən asılıdı. Oyunçu kimi qazandığım uğurlar artıq məşqçilik fəaliyyətimdə dadıma yetməyəcək.
 
- Bəs köməkçiləriniz kim olacaq?
- Hələ köməkçilərimi müəyyənləşdirməmişəm.
 
- Siz niyə məşqçiliyə daha təcrübəli bir mütəxəssisin köməkçisi kimi başlamadınız?
- Ümumiyyətlə mən məhz belə planlaşdırmışdım. Amma “Tərəqqi” variantı çıxdı və imtina edə bilmədim. Birinci divizion da kifayət qədər maraqlıdı. Rəqabət güclüdü. Burda əsasən perspektivə üstünlük verilir.
 
- Ehtiyac yarananda, kimlərə müraciət etməyi planlaşdırırsız?
- Ağasəlim Mircavadova zəng edəcəyəm. Karyeram ərzində çox məşqçilərlə işləmişəm. Amma Mircavadovla işləmək mənə daha asan olub. Əminəm ki, o, imtina etməyəcək.
 
- Yığma komandanın son nəticələri barədə nə deyərdiniz?
- Son dövrlər yığma komanda bir qayda olaraq azarkeşləri məyus edir. Yaponiyaya uduzduq, Andorranı uda bilmədik, FİFA reytinqində gerilədik. Bütün bunlar həm futbolçular, həm azarkeşlər arasında təzyiqi artırır. Komandanın oyunundan çox danışmaq istəmirəm. Əminəm ki, Berti Foqts uğursuzluğun səbəblərini özü də görür, bilir və aradan qaldırmaq üçün müvafiq addımları atacaq.
 
- Xüsusilə Andorranı yenə bilməməyimiz birmənalı qarşılanmadı...
- Andorranı məğlub etmək lazım idi. Bu, cırtdan ölkə təmsilçisidi. Yəqin ki, indi bizimlə heç-heçə etdiklərinə görə qürur duyurlar. Reytinqdə geriləməyimizə ancaq özümüz günahkarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.