7 iyun 2012 11:43
Bakı Avroliqanın hazırlıqlarına 15 futbolçu ilə başladı
Bu il Avropa Liqasında iştirak edəcək “Bakı” yeni mövsümün hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, “zolaqlılar” toplanışa klubun bazasında baş tutan yüngül məşqlə başlayıblar.
Klubun təlim-məşq bazasında məşqə çıxan futbolçular baş məşqçi Novruz Əzimovun nəzarəti altında fiziki təmrinlər üzərində çalışıblar. 15 futbolçunun iştirak etdiyi məşq 1 saat davam edib.
