7 iyun 2012 00:14
Xəzər Lənkəran Avstriyada 5 itki ilə hazırlaşır (FOTO)
Yay təlim-məşq toplanışı üçün Avstriyanın Zaltsburq şəhərinə yola düşən “Xəzər Lənkəran” ötən gün məskunlaşdığı Kirxdorf qəsəbəsinin "Das Seivald" otelinin yaxınlığındakı futbol meydançasında ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, əsasən topsuz çalışmalar üzərində qurulan hazırlıq 1 saata qədər davam edib.
Axşam isə məşqçilər korpusu taktiki planda günün ikinci məşqini keçiriblər. Qeyd edək ki, düşərgəyə izinli olan Manuel Skarlatake və öz ölkəsinin millisinin düşərgəsində olan Rendal Brenesdən başqa digər bütün legionerlər qatılıblar. Azərbaycan millisinin toplanışından dönən Kamran Ağayev, Elnur Allahverdiyev və Rahid Əmirquliyev isə iyun ayının 8-də Avstriyaya yola düşüb toplanışa qatılacaqlar.
