7 iyun 2012 00:22
Yığma komandada yeni baş məşqçi
Futbol üzrə Belçika yığmasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, belçikalıları bundan sonda yığmanın sabiq futbolçularından olan Mark Vilmots çalışdıracaq.
Artıq Belçika Futbol Federasiyası 43 yaşlı gənc mütəxəssislə rəsmən anlaşdığı barədə ictimaiyyəti də məlumatlandırıb. O, ən azı DÇ-2014-ə qədər Belçika yığmasının sükanı arxasında çalışacaq.
Qeyd edək ki, Vilmotsa qədər bu komandanı Corc Leekens çalışdırırdı. Lakin ötən ay o, gözlənilmədən millidən ayrılıb “Brugge” klubunu çalışdırmağa qərar verdi. Belədə, yığma komanda Leekensin köməkçisi olmuş Vilmotsa tapşırılmışdı. Vilmots baş məşqçi əvəzi kimi bu yaxınlarda belçikalıları Makedoniya və İngiltərə ilə oyunlara da çıxarmışdı. Məhz bu görüşlərdən sonra BFF rəhbərliyi Vilmotsla bir araya gələrək, baş məçqçi postunu ona tapşırmağa qərar verib.
