7 iyun 2012 12:41
Platini: AÇ-2012-də irqçilik olsa, oyunlar dayandırılacaq
UEFA prezidenti Mişel Platini tezliklə start götürəcək AÇ-2012-də mümkün irqçilik cəhdləri ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, qitə futbol qurumunun rəhbəri belə problemlərlə üzləşəcəkləri halda Avropa çempionatının oyunlarının dayandırılması ehtimalının olduğunu da dilə gətirib:
"Hakimlər bu tip durumlarda matçı dayandıra və ya təxirə sala bilərlər. Stadionda yaşana biləcək irqçi reaksiyalara qarşı ancaq bu şəkildə mübarizə aparmaq olar. Balotellinin belə bir olayla üzləşəcəyi halda meydanı tərk etmək təhdidini səsləndirməsini düzgün hesab etmirəm. Bu qərarları oyunçular yox, hakimlər verə bilər. Biz belə bir gücü hakimlərə verəcəyik”.