8 iyun 2012 13:11
Qəbələ bürünc medalları İnterə uduzdu
“Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası U-15 Liqasını 4-cü, “İnter” isə 3-cü yerdə tamamlayıb. Azerisport.az xəbər verir ki, 3-cü yer uğrunda oyunda “Qəbələ” məhz “İnter”li həmyaşıdları ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən matçın əsas vaxtı 1:1 hesabı ilə sona çatıb. Matçın əlavə hissələrində də hesab dəyişməyib və qalib penaltilər seriyasında müəyyənləşdirilib. Penaltilər mərhələsində daha diqqətli olan “İnter” 4:3 hesabilə qalib gəlib və bürünc medallara sahib olub.
Qeyd edək ki, final oyununda da “Neftçi” ilə “Bakı” üz-üzə gəlib. Qalmaqallı görüşün qalibi “ağ-qaralar” olub – 1:0.
