8 iyun 2012 14:10
Rəvan yenə baş məşqçisiz qaldı
“Rəvan”da növbəti baş məşqçi istefası reallaşıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu baş məşqçisi Bəhmən Həsənovu istefaya göndərib.
İlk dəfə “Muğan”da baş məşqçi postuna təyin olunan, daha sonra “Rəvan”a keçən Həsənov ötən mövsümün gedişində istefaya göndərilmiş və qış fasiləsindən sonra yenidən Vladislav Qədirovun yerinə keçmişdi. Lakin “sarı-qırmızılar” yeni mövsümə Həsənovla başlamaq istəməyib.
Daha iddialı komanda qurmaq istəyən “Rəvan” rəhbərliyi baş məşqçi postuna əcnəbi mütəxəssis gətirmək niyyətindədi. Lakin onun kimliyi hələlik dəqiq bilinmir.
