8 iyun 2012 14:26
Neftçinin qalmaqallı çempionluğu (FOTOREPORTAJ)
U-15 Liqanın 2011-2012-ci il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, liqanın son iki oyunu AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirilib. III yer uğrunda oyunda “İnter” və “Qəbələ” komandaları qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən “İnter” ümumi nəticədə 5:4 hesabı ilə qalib gəlib. Finalda isə “Bakı” və “Neftçi” komandaları görüşüb. 1:0 hesabı ilə qələbə qazanan “Neftçi” 2011-2012-ci il mövsümünün qalibi olub.
