8 iyun 2012 15:11
UEFA iyunun 30-da Azərbaycan və Gürcüstanın AÇ-2012-yə namizədliyini elan edəcək
Azərbaycan və Gürcüstanın 2020-ci il futbol üzrə Avropa çempionatının keçirilməsi ilə bağlı namizədliyi UEFA tərəfindən iyunun 30-da elan olunacaq. Azerisport.az xəbər verir ki, bunu jurnalistlərə cümə günü gənclər və idman naziri Azad Rəhimov bildirib:
"Bakı-nın 2020-ci il Olimpiya Oyunları üçün iddiaçı şəhər kimi təcrübəsi onu göstərdi ki, Azərbaycan daha çox kompleks idman yarışları keçirməlidir. Beynəlxalq Olimpia Komitəsinin Bakıda 2020-ci ildə Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı əsas iradları təcrübənin olmaması və Olimpiya standartlı komplekslərin azlığı ilə əlaqədar olub. Bu səbəbdən, Azərbaycan 2015-ci ildə ilk dəfə Avropa Olimpia Oyunlarını, 2016-cı ildə şahmat olimpiadasını, 2017-ci ildə İslam oyunlarının keçirilməsini planlaşdırır".
