8 iyun 2012 15:23
Hafiz Məmmədov Rövnəq Abdullayevə müraciət edəcək
“Bakı”nın prezidenti Hafiz Məmmədov U-15 Liqanın “Neftçi” ilə final oyunundan sonra baş verən xoşagəlməz olaylarla bağlı AFFA prezidenti Rövnəq Abdullayevlə söhbətləşməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın prezidenti bu olaylardan çox narazı qalıb.
Bu üzdən də o, AFFA rəhbərliyi ilə danışıqlarda belə hadisələrin təkrarlanmamasına nail olmaq istəyindədi. Maraq üçün xatırladaq ki, “Bakı”nın U-15 Liqanın finalı ərəfəsində qarşılaşdığı “Qəbələ” ilə oyunundan sonra da oxşar olaylar baş vermişdi. Lakin həmin hadisə zamanı “Qəbələ” tərəfi daha çox hakimlərə fiziki təzyiq nümayiş etdirmişdilər və bu üzdən onlar klubdan kənarlaşdırılmışdılar.
