8 iyun 2012 15:37
Galatasarayı çempion etmiş mütəxəssis Rəvanda
Bəhmən Həsənovu istefaya göndərən “Rəvan”ın baş məşqçi postunu türk mütəxəssis tutacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçi postuna Cavad Gülərin təyin olunub.
Artıq bir neçə gündü Bakıda olan türk mütəxəssislə müqavilə bağlanıb. 59 yaşlı Gülər qarşıdakı iki ildə “Rəvan”ı çalışdıracaq.
Qeyd edək ki, “Küçükköy Kültürspor”, “Gaziosmanpaşaspor”, “Beşiktaş” və “Yıldırım Bosnaspor” klublarında baş məşqçi və aşağı yaş qrupları üzrə kordinator vəzifəsində çalışan Gülər 2007-ci ildə “Galatasaray”ya keçib. 2007-2008 mövsümünün başa çatmasına 6 tur qalmış istefaya göndərilən Karl Haynts Feldkampı əvəzləyən mütəxəssis “Galatsaray”ı çempion edib. 2008-2009 mövsümünün sonunda komandadan ayrılan Gülər həmin vaxtdan işsizdi.
