8 iyun 2012 16:08
Səlahət Ağayev də rəsmən Sumqayıtda
Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev, Ceyhun Sultanov və Fərid Quliyevi heyətinə qatan “Sumqayıt” Futbol Klubu növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin əsas qapıçısı Səlahət Ağayev 2012/2013 mövsümünü icarə əsasında bu klubda keçirəcək.
Son olaraq “İnter”də çıxış etmiş 21 yaşlı qolkiper “Sumqayıt”da 1 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Səlahət Ağayev 2011/2012 mövsümündə “İnter”in heyətində Premyer Liqada 3 qarşılaşmada forma geyinib.
