8 iyun 2012 16:27
“Təklif alan kimi danışıqlara başladım”
“Sumqayıt”ın yeni transferi Səlahət Ağayev bu keçidlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Ötən mövsümün sonunda “İnter”in rəhbərliyi ilə danışığım olmuşdu. Hazırda 21 yaşındayam və daimi oynaya biləcəyim bir kluba keçmək istəyirdim. Paytaxt klubunun rəhbərliyinə minətdaram ki, məni başqa komandaya buraxmağa razılıq verdi. Sumqayıt böyük futbol ənənələri olan şəhərdir. “Sumqayıt” Futbol Klubunun rəhbərliyindən təklif alan kimi danışıqlara başladım. Gənclərdən qurulmuş bir komandada çıxış etmək mənim üçün çox xoş olacaq. İnşallah ümidləri doğruldub bu klubu yüksək pillələrə daşıyarıq. “Sumqayıt” növbəti mövsüm daha yüksək yerlər uğrunda mübarizə aparacaq”.
