8 iyun 2012 16:38

Bakı ötən günkü olaylarla bağlı bəyanat yaydı

"Bakı" futbol klubub ötən gün (7 iyun 2012) "Kapital Banl U-15" liqasının final oyununda yaşananlarla bağlı rəsmi açıqlama yayıb. Azerisport.az xəbər verir ki, məlumatda bunlar qeyd olunub:
 
"7 iyun 2012-ci il tarixdə "Dalğa Arena"da keçirilən "Kapital Banl U-15" liqasının final oyunundan sonra yaşananlar ölkə futboluna başucalığı gətirmir. "Bakı" və "Neftçi" klublarının 15 yaşlı futbolçulardan ibarət komandalarının oyunundan sonra yaşanan qalmaqal bütün idman ictimaiyyətininin hiddətinə səbəb olmuşdur.
 
"Bakı" futbol klubu olaraq bəyan edirik ki, maraqlı mübarizədə keçən idman yarışının başa çatmasından sonra yaşanan insident rəqib komandanın azarkeşlərinin və klubumuza aid olmayan kənar şəxlərin meydana daxil olması nəticəsində baş vermişdir. Biz bunu Azərbaycan idmanına yaraşmayan neqativ hal kimi pisləyir və belə halların bir daha təkrarlanmaması üçün zəruri addımların atılmasını tələb edirik.
 
Burada xatırlamaq yerinə düşər ki, son illər anoloji qalmaqallar ölkə futbolunda ilk dəfə deyil ki, baş verir. Diqqətçəkən budur ki, onların əksəriyyətində yalnız bir tərəfin adı çəkilir. 2009-2012-ci illər Azərbaycan çempionatının "Neftçi"nin iştirakı ilə keçirilən oyunlarında Coel Epalle, Elvin Əliyev, İbrahim Karqbonun fiziki təzyigə məruz qalması, "Qəbələ" futbol klubunun futbolçularına qarşı güc tətbiq edilməsi, AZAL rəhbərliyinə qarşı hörmətsizlik, "İnter" klubunun oyunçularının döyülməsi kimi faktlar nədənsə ancaq "Netfçi" ilə oyunlara təsadüf edir.
 
Aidiyyəti qurumlardan xahiş edirik ki, son qalmaqalla bağlı məsələləri araşdırarkən yuxarıda sadalanan faktların hansı məqamlardan qaynaqlanmasını nəzərdən qaçırmasınlar. "Bakı" futbol klubu 7 iyun 2012-ci il tarixdə baş verən insidentin araşdırılması və günahkarların cəzalandırılmasını tələb etməklə bərabər, belə utancverici halların baş vermə səbəbi və mənbəyini də üzə çıxararaq müvafiq nəticə çıxaracağına ümid edir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.