8 iyun 2012 17:02

“İnterdən təklif alan kimi, razılıq verdim”

“İnter”in yeni qapıçısı Revaz Tevdoradze bu keçid barədə danışıb və digər suallara cavab verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Öncə karyeran barədə məlumat verməyinizi xahiş edirik?
- Peşəkar karyerama “Tbilisi” Futbol Klubunda başlamışam. Sonra Ukraynada Zaporojyenin “Metallurq” komandasında yarımmüdafiəçi mövqeyində oynamışam. Ukraynadan sonra vətənə qayıdıb Qorinin “Dila”, Tbilisinin “Merani” və Qaqra” komandalarında çıxış etmişəm. Bundan başqa, Latviyada “Olimps” klubuna keçmişəm. Sonra yenidən Gürcüstana qayıdıb Batuminin “Dinamo” komandasının qapısını qorumuşam, sonuncu komandam isə “Çixura” oldu.
 
- Son mövsümdə “Çixura” komandasıyla Gürcüstanın yüksək liqasına vəsiqə qazandınız, lakin buna baxmayaraq komandanı dəyişərək “İnter”ə keçdiniz. Maraqlıdır, bu qərar nə ilə bağlıdır?
- Mən Kaxaber Tsxadadze ilə çox yaxşı tanışam, onun rəhbərliyi altında Gürcüstanın gənclərdən ibarət milli komandasında oynamışam. Mənə təklif gələndə həmən razılıq verdim. Hesab edirəm ki, bu keçid mənim karyeramın inkişafına təkan verəcək, mənə artırmağa və yeni səviyyəyə çıxmağıma kömək edəcək. Bundan başqa, mənə məlumdur ki, “İnter”in əsas qapıçısı Giorgi Lomayadır və belə bir tanınmış qapıçı ilə üz-üzə olmaq imkanı da mənim qərarıma təsir göstərdi. Saçxaradan olan komandanın (Çixura) yaxşı sponsoru və yaxşı imkanları var. Ancaq karyeramı “İnter”də davam etdirmək qərarına gəldim. Belə qərar gəldim ki, mənim üçün belə yaxşı olar.
 
- 24 yaşında olmanıza baxmayaraq peşəkar karyeranızda bir çox komandalarda çıxış etməyə imkan tapmısınız. Maraqlıdır, nəyə görə belə tez-tez komanda dəyişmisiniz?
- Mən Gürcüstanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış etmişəm: U-17,U-19 və U-21. Milli komandada da məni daim klublarda oynamağa vadar edirdilər, buna görə də oyun praktikasından məhrum olmamaq üçün komanda dəyişməyə məcbur olurdum. Axı gənc yaşında oyun praktikası qapıçının inkişafında böyük rol oynayır.
 
- Arıtq bir həftədir “İnter”in heyətindəsiniz. Komanda necə təsir bağışladı və uyğunlaşma prosesi necə keçir?
- “İnter”də bir necə həmvətənlilərim çıxış edir, buna görə də uyğunlaşma ilə bağlı xüsusi problem yaranmadı. Bütün komanda çox mehribandır, mən bunu elə ilk məşqdə anladım. Ümumiyyətlə, komandada kimin yeni, kimin uzun zamandır oynadığı hiss olunmur. “İnter”də çox yaxşı və xoş atmosfer hökm sürür. Belə şəraitdə məşq etmək çox xoşdur.
 
- “İnter” karyeranızdan nə gözləyirsiniz?
- Öncədən nəsə demək istəməzdim, lakin komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm. Mənə göstərilən etimadı doğrultmaq üçün gücümü maksimum dərəcədə göstərməyə hazıram. Əgər mənə şans düşərsə, o zaman ondan komanda üçün faydalı istifadə edəcəyəm.
 
- Tezliklə “İnter” avrokuboklarda iştirak edəcək. Avropa Liqasındakı mübarizə barədə nə deyə bilərsiniz?
- Etiraf edim ki, son 2-3 mövsüm “İnter”in oyunlarını izləmişəm və demək istərdim ki, bu komandanın böyük potensialı var. Hazırda komandaya daha bir neçə yaxşı futbolçu cəlb edildi və bizim planlarımızı və vəzifələrimizi yerinə yetirmək üçün yaxşı şansımız var. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.