8 iyun 2012 17:16

Zeynal Məmmədov: Buna görə AFFA-ya da müraciət edəcəyik

“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov ötən gün U-15 Liqanın final matçı çərçivəsində baş tutan “Neftçi” ilə qarşılaşma başa çatdıqdan sonrakı xoşagəlməz olaylara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Məni ən çox təəssüfləndirən məqam odu ki, bu münaqişədə uşaqlar da iştirak edirdilər. Mən başa düşmürəm ki, “Neftçi” bununla onlara nə nümunə göstərdi. Məgər biz dava edə bilmirik? Meydanda belə şeylərə yol vermək olmaz. Onlar qalib gəldilər, biz təbriklərimizi çatdırdıq. Amma görünür, “Neftçi” buna öncədən hazırlaşırmış. Yəqin özlərini reklam etmək istəyirmişlər. Olaylara səbəb oyundan sonra “Neftçi”nin bir futbolçusunun bizim ehtiyatdakı oyunçularımızdan birinə xoşagəlməz jest göstərməsi oldu. Hər şey də ondan sonra başladı. Həmin vaxt Yaşar Seyidov meydana qaçdı ki, aranı sakitləşdirsin. Amma bu zaman “Neftçi”nin rəsmisi Mübariz Xudiyev əlindəki su qabını onun başına vurub. O, təhqiredici ifadələr də işlədib”.
 
Məmmədov “Bakı”nın oyunçularının bəzi mülki geyimli şəxslər tərəfindən döyüldüyünü də bəyan edib: “Mən belə şeylərin nə qədər davam edəcəyini bilmirəm. Bu, bizim klublar arasındakı üçüncü belə münaqişədi. Əgər komandan qalib gəlirsə, daha nəyə görə belə hərəkət etməlisən ki? Belə şeylər olan yerdə futbol inkişaf etməz. Buna görə biz AFFA-ya da müraciət edəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.