8 iyun 2012 17:35

“Qoy Bakı rəsmiləri etmədiyimiz və heç vaxt etməyəcəyimiz şeylərə görə bizi ittiham etməsinlər”

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ötən gün U-15 Liqanın final matçı çərçivəsində keçirilən “Bakı” ilə qarşılaşma başa çatdıqdan sonrakı xoşagəlməz olaylara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
 
“Qalib gələn komanda heç vaxt davanın təşəbbüskarı ola bilməz. Ötən gün qalib gələn biz olduq. Ona görə də belə şeylər bizim nəyimizə lazım idi ki? Hadisənin baş verməsinə “Bakı”nın futbolçusu səbəb oldu. Hər şeyin günahkarı 85 nömrəli futbolçu idi. Yaşar Seyidov isə futbolçularını sakitləşdirmək əvəzinə onun oğlu yaşında olan oyunçularımıza əl qaldırdı. O, özünü çox aqressiv aparırdı. Elə bizim klubun rəsmisi Mübariz Xudiyevə da qarşı. Özü də ona heç kim su qabı atmayıb. “Neftçi” rəsmiləri belə şeylərlə məşğul olmur. Mümkündü ki, onu tribunadan atıblar. Bütün baş verənlər videolentə alınıb. Ona görə də qoy “Bakı” rəsmiləri bizi etmədiyimiz və heç vaxt etməyəcəyimiz şeylərə görə ittiham etməsinlər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.