8 iyun 2012 17:55
Premyer Liqa klubunda yeni baş məşqçi
Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “West Bromwich”in yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Stiv Klark çalışdıracaq.
Qeyd edək ki, bu komanda almaniyalı mütəxəssis Ralf Ranqnikin istefasından bəri baş məşqçisiz qalmışdı. Bu üzdən də “West Bromwich” xeyli müddət idi özünə yeni çalışdırıcı axtarırdı. Bu axtarışların sonunda klub rəhbərliyi seçimini “Liverpool”dan ayrılan Klarkla anlaşıb. Hansı ki, o, Liverpul təmsilçisində baş məşçqinin köməkçisi postunda çalışırdı. Şotlandiyalı mütəxəssis “Chelsea”, “Newcastle” və “West Ham”də də məşqçilik fəaliyyəti ilə məşğul olub.
