8 iyun 2012 18:26
Aleksandr Şoliç Avroliqada Andorra və Moldova klublarıyla oynamaq istəyir
“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç komandasının Avropa Liqasındakı şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən Avroliqada daha çox qalmağımızı istəyirəm. Ona görə də ilk rəqiblərimizin mümkün qədər zəif olmasını arzulayıram. İlk cəhddən güclü komanda ilə qarşılaşmaq bir qədər çətindi. Bu üzdən də Moldova və ya Andorra klublarından hansısa biri ilə düşsək, razı qalmaq olar”.

Qeyd edək ki, Avropa Liqasının birinci və ikinci təsnifat mərhələsinin püşkatması iyunun 25-də atılacaq.