8 iyun 2012 18:41
İviça Piriç: Azərbaycanda Hajduka sponsorluq etmək istəyənlər var
Xorvatiya futbolunun veteranı İviça Piriç Azərbaycana səfərə gəlib. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə verdiyi müsahibədə ölkəmizə səfərinin məqsədi barədə danışıb.
- Salam, Ukrayna. Sizə Splitdən zəng edirlər...
- Mən Ukraynada yox, Azərbaycandayam.
- Axı “Avroviziya” mahnı müsabiqəsi artıq başa çatıb. Elə isə siz orda nə edirsiz?
- Transfer bazarı qızışır. Mən də buna görə burdayam.
- Transfer bazarı qızışır. Mən də buna görə burdayam.
- Biz isə sizin artıq Kiyevdə olduğunuzu düşünürdük...
- Azərbaycanda bizim futbolçulara və məşqçilərə böyük maraq göstərilməkdədi. Bu üzdən bizim üçün yaxşı və sərfəli bazar açılır. Ukraynada 10 il öncə baş verənlər indi Azərbaycanda təkrarlanmaqdadı. “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” kimi klublar Xorvatiyadan olan keyfiyyətli legionerləri heyətlərinə qatmağı arzulayır. Azərbaycan Xorvatiyaya külli miqdarda investisiya yatırmaqda maraqlıdı. Özü də bu, təkcə idmanla bağlı deyil. Amma mənə bunun ancaq idmanla bağlı hissəsi maraqlıdı.
- Elə isə işləriniz necə gedir?
- Mən Bakıda “Hajduk”dan (Split), bu klubun tarixindən danışmışam. Onlar əməkdaşlıqda maraqlıdılar. Xüsusilə də transferlər baxımından. Hətta bu kluba sponsorluq etmək, klubu almaq istəklərini də gizlətmirlər. Bunun üçün hər cür şərait var. AÇ-2012 başa çatdıqdan sonra çoxları Splitə gələcək, orda istirahət etmək istəyəcəklər. Bu isə “Hajduk” üçün əla imkan deməkdi.

(Slobodna Dalmacija)