8 iyun 2012 19:55
Əliyev Qarabağda qalacaq
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevə iki klubumuzdan sərfəli təklif gəlib. Azerisport.az xəbər verir ki, hər iki klub birinci altılıqda çıxış edən komandalardı.
Lakin həmin klubların heç biri onu heyətinə qatmaq yönündə istəyinə çata bilməyib. Çünki hazırda Əliyevin “Qarabağ”la müqaviləsi var. Onun satış qiyməti isə kifayət qədər yüksək olduğundan, digər klublar millimizin forvardını heyətinə qatmaq istəyini təxirə salmalı olub.
