8 iyun 2012 11:43
Kamran Ağayev: Yaxşı olardı ki, qrup mərhələsinə vəsiqə qazanaq
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev azerisport.az saytına müsahibəsində milli komandamızın toplanışından, yoldaşlıq oyunlarından, eləcə də avrokuboklara hazırlıqdan danışıb.
- Millinin oyunlarından sonra istirahət edə bildiniz?
- Çalışıram. Yorğunluq var idi. İndi onu çıxarmağa çalışıram. “Xəzər Lənkəran”ın məşqçilər korpusunun qərarı ilə milli üzvləri komandaya bir qədər gec qoşulacaqlar ki, istirahət edə bilsinlər.

- Harda istirahət edirsiz?
- Bakıda. Çalışıram daha yaxşı istirahət edim. Amma avrokubokların başlamasını da nəzərdə saxlıyıam.

- Mövsümün startı nə dərəcədə çətin olacaq?
- Bu, bizim işimizdi. Oynamağa borcluyuq. Mövsümün əvvəlindən hədəf belə idi ki, avrokuboklara düşək. Nəyə getdiyimizi bilirdik. İndi isə belə bir şans əldə etmişik və bunu dəyərləndirmək istəyirik.

- Potensial rəqiblərinizlə maraqlanırsız?
- Biz daha çox öz üzərimizdə çalışmalıyıq, rəqiblər barədə düşünməməliyik. Rəqiblərimizin oyunundan ancaq meydanda xəbər tutmalıyıq. Öz oyununu oynamaq lazımdı.
- Avropa Liqasında qarşınıza hansı vəzifə qoyulub?
- Mümkün qədər yaxşı çıxış etmək. “Xəzər Lənkəran” hələ indiyə qədər bir dəfə də Avropa Liqasında mərhələ keçə bilməyib. Buna görə də indi bir neçə mərhələ keçmək istəyirik. Yaxşı olardı ki, qrup mərhələsinə vəsiqə qazanaq. Amma bu, çox çətindi. İstəyirəm ki, bütün klublarımız layiqli çıxış etsinlər. Çünki indi Azərbaycan futboluna böyük pullar yatırılır. Azarkeşlər bütün bunların qarşılığında nəticə tələb etməyə haqlıdırlar.

- “Qarabağ”ın avrokuboklardan kənarda qalacağını gözləyirdiniz?
- “Qarabağ”a bütün Azərbaycan azarkeşlik edir. Bu, bizim üçün də gözlənilməz oldu. Çünki ağdamlılar həmişə baxımlı futbol sərgiləyirdilər. Amma futbolda hərdən belə də olur.

- Ruslan Abışovun komandanıza keçidi “Xəzər Lənkəran”ı gücləndirə bilər?
- Abışov yığmanın oyunçusudu. Bu, hər şeyi deyir. Bu transfer komandamızı gücləndirə bilər. Amma onun növbəti mövsümdə harda oynayacağını bilmirəm.

- Yaponiya və Andorra ilə sınaq matçları barədə nə düşünürsüz?
- Hazırda məni daha çox klubumun taleyi maraqlandırır.

- Amma hər halda yığmamızın FİFA reytinqində geriləməsindən xəbərdarsız...
- Bəli. Mən Andorra ilə oyundakı heç-heçəyə söz tapa bilmirəm. Bu, faciədi.
- Avropa çempionatında kimə azarkeşlik edəcəksiz?
- Mən Azərbaycan yığmasına azarkeşlik edirəm. Amma komandamız AÇ-2012-də yoxdu. Ona görə də yalnız gözəl oyuna azarkeşlik edəcəm.