8 iyun 2012 11:57
Xəzər Lənkəranda yapon və holland futbolçu (FOTO)
Avstriyanin Kirxdorf şəhərciyində təlim məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” gündə iki dəfə olmaqla hazırlıq keçir. Azerisport.az xəbər verir ki, məşqçilər korpusu əsasən futbolçuları fiziki planda hazırlamaq yönündə çalışmalar üzərində işləyir.
Hazırda komandanın düşərgəsində baxışda olan iki futbolçu var. Bunlar Latviyanın "Gulbene" klubunda çıxış edən yapon futbolçu Saito Yosuke və Hollandiya Erediviziyasından "Ekselsior"un forvardı Yason Oostdu. Hər iki futbolçu haqqında məşqçilər korpusu bir neçə gündən sonra dəqiq qərar verəcək.
Bu gün isə Azərbaycan millisinin toplanışında olduğuna görə qısa müddətli istirahət verilmiş üç futbolçu - Kamran Ağayev, Elnur Allahverdiyev və Rahid Əmirquliyev də Avstriyaya yola düşəcək.
