8 iyun 2012 12:18
Azərbaycan çempionatında kütləvi dava
U-15 liqasının ötən gün baş tutan final matçı qalmaqalla başa çatıb. Azerisport.az xəbər verir ki, “Neftçi” və “Bakı” matçından sonra dava düşüb.
“Neftçi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşan matçın final fiti səslənən kimi iki komandanın futbolçuları yumruq davasına çıxıblar. Dava edənləri ayırmaq istəyən klub rəhbərləri də sonradan əsəblərini cilovlaya bilməyiblər və əlbəyaxaya çıxıblar.
Təxminən 15-20 dəqiqə davam edən davanı polis və klub rəsmiləri sakitləşdirməkdə çətinlik çəksə də, stadionda sabitliyi bərpa etmək mümkün olub. Az sonra stadionun direktoru mükafatlandırma mərasiminin təxirə salındığını bildirib. Bundan sonra “Bakı”nın futbolçuları və rəsmiləri meydanı tərk edib. “Neftçi”nin futbolçuları isə təxminən 30 dəqiqə ərzində meydanda mahnı oxumaqla və meyxana deməklə qələbəni bayram ediblər.
