9 iyun 2012 12:57
“Avroliqada mübarizəmizin daha uzun sürməsini istəyirəm”
“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç azerisport.az saytına müsahibəsində Marko Şarliyanın komandadan gedişindən, avrokuboklara hazırlıqlardan, eləcə də şanslarından danışıb.
- Siz artıq “Bakı” ilə yeni müqavilə bağlamısız?
- Geri qayıdan kimi, “1+1” sistemi ilə yeni müqavilə imzaladım. Sevimli klubumda daha bir il çıxış edəcəm. Daha sonra isə onu artırmaq da mümkündü. Amma mən “Bakı”da qalacağımı hələ istirahətə çıxmamışdan öncə də dəqiq bilirdim. Digər variantlara heç baxmırdım da.

- “Bakı” Novruz Əzimovu da baş məşqçi postunda saxladı. Bu qərarı gözləyirdiniz?
- Ölkə kubokundakı qələbəmizdən sonra bu, gözlənilən idi. Əzimov oyunçuları, komandanı əla tanıyır. “Bakı” onunla Avropa Liqasında da uğurlu çıxış edə bilər. Onun rəhbərliyi altında biz daha yaxşı oynayırıq. Bunu hamı kubokun finalında da gördü.

- Marko Şarliyanın komandadan uzaqlaşdırılması sizin üçün gözlənilməz olmadı ki?
- İstirahətdən Marko ilə birgə qayıtdım. Düşünürdüm ki, o, komandada qalacaq. Amma görüşlərdən sonra məlum oldu ki, “Bakı” onunla yeni müqavilə imzalamayacaq. O, yaxşı və təcrübəli qapıçıdı. Şarliya “Bakı”dakı 4 mövsüm ərzində çox şeyə nail oldu. Qələbələrimizdə onun da böyük rolu olub. Əminəm ki, Marko tezliklə özünə yeni klub tapacaq.

- “Bakı” Kolumbuya yığmasının qapıçısı və Boliviya millisinin müdafiəçisi ilə müqavilə bağlamağa hazırlaşır. Onlar barədə nəsə bilirsiz?
- Bunu şərh edə bilmərəm. Əgər hansısa futbolçu alınırsa, deməli o, komandanın stilinə uyğundu. Həm də özünüz dediniz ki, ikisi də yığma üzvüdü. Deməli, dəqiq pis oyunçu deyillər. Əsas odu ki, vaxtında uyğunlaşa bilsinlər.

- Bəs Avropa Liqasındakı potensial rəqiblərinizdən xəbəriniz varmı?
- Siyahını görmüşəm. O qədər də güclü rəqiblərlə qarşılaşmağımızı istəməzdim. Çünki Avropa Liqasında mübarizəmizin daha uzun çəkməsini istəyirəm. Moldova və ya Andorra klublarından biri ilə düşmək pis variant olmazdı.

- Avropa Liqasında qarşınıza hansısa hədəf qoyulub?
- Mümkün qədər çox irəli getmək. İndidən dəqiq nəsə demək mümkün deyil. Çünki hələ püşkatma olmayıb. Hərdən püşkün nəticəsi arzulanan kimi olmur. Amma əslində, potensial rəqiblər daha böyük hədəfləri düşünməyə əsas verir.