9 iyun 2012 13:45
Cavid İmamverdiyev Türkiyə klubuna keçə bilər
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onunla qardaş ölkənin “Antalyaspor” klubu yaxından maraqlanır.
“Antalyaspor” rəsmilərinin onun bəzi oyunlarını da izlədiyi bildirilir. Lakin danışıqlar hələ ki, rəsmi səviyyədə aparılmır. Belə ki, Türkiyə klubundan “Neftçi”yə heç bir təklif gəlməyib.
