9 iyun 2012 01:52
Tales Şütz İnterdə ilk qolunu vurdu (FOTOREPORTAJ)
Türkiyədəki təlim-məşq toplanışını davam etdirən "İnter" ötən gün ikitərəfli oyun keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma "Green Park" otelinin meydançasında baş tutub.
Komandanın futbolçuları iki heyətə bölünüblər - sarı gödəkçəli komanda və narıncı gödəkcəli komanda. Oyun "narıncıların" xeyrinə başa çatıb - 2:1. Qalib komandanın heyətində Taleş Şütz və Petar Zlatinov fərqləniblər. "Sarıların" yeqanə qolunun müəllifi isə Baçana Tsxadadze oldu. Qeyd edək ki, bu gün "İnter" bir dəfə məşq edəcək.
