9 iyun 2012 16:23
Tahir Süleymanov: Neftçidə oynamaq istəmirsə, biz onu məcbur etməyəcəyik
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına müsahibəsində son günlər gündəmi zəbt edən “Bakı” ilə qalmaqaldan, Ruslan Abışov, Amit Quluzadə kimi futbolçuların taleyindən danışıb.
- Öncə U-15 Liqanın finalında baş verən olaylarla bağlı münasibətinizi bilmək istərdik...
- Biz həmin oyunda baş verənlərdən çox narazıyıq. Məşqçilər, klub rəsmiləri belə bir münaqişənin baş verməsinə imkan verməməliydilər. Təəssüf ki, əksər şəxslər bunun əksini etdilər.
- Bu olaylar iki paytaxt klubu arasındakı münasibətlərə nə dərəcədə mənfi təsir göstərir?
- “Bakı” və “Neftçi” həmişə dost klublar olub. Klublarımız arasında heç bir problem yoxdu. Mən dünən “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovla da söhbətləşdim, bildirdim ki, hər şeyi birgə həll edə bilərik. İki klubun prezidenti – Sadıq Sadıqovla Hafiz Məmmədov əla dostluq münasibətlərinə malikdilər və biz bunu poza bilmərik. Mən hər klubun beş nümayəndəsindən ibarət xüsusi komissiya yaratmağı təklif etdim. Qoy onlar bu məsələni araşdırıb, AFFA-ya lazımı məlumatı versinlər.

- Sizcə, bu olaylara necə son qoymaq olar?
- Mən günahkarların cəzalanmasını istəyirəm. AFFA-nın qərarını gözləmək lazım deyil. Həm “Neftçi”, həm də “Bakı” Azərbaycan futbolunun inkişafı üçün çox iş görür. Belə olaylar gənc futbolçularımız üçün pis nümunədi.

- Ruslan Abışovun məsələsi nə yerdədi?
- O, yüksək səviyyəli oyunçudu. Abışov hər mövsüm səviyyəsini bir qədər də artırır. “Neftçi” futbolçularının legioner həyatı yaşaması üçün əlindən gələni edir. Biz əcnəbi klublara keçmək imkanı olan futbolçularımızın qarşısını kəsmirik. Lakin bəzi futbolçuların öz qiymətlərini süni şəkildə artırması məni çox məyus edir. Bu, futbolumuzun inkişafına şərait yaratmır.

- Abışovun taleyinə nə vaxt aydınlıq gələcək?
- Biz ona öz təklifimizi etmişik, cavab gözləyirik. Seçim Ruslanındı. Biz onu məcbur edə bilmərik. Əgər kimsə “Neftçi”də oynamaq istəmirsə, biz onu məcbur etməyəcəyik. Hər futbolçu taleyini özü müəyyənləşdirir.

- Onun “Xəzər Lənkəran”a keçməsi də gündəmdədi. Bu, baş versə, məyus olmayacaqsız?
- Əgər o, “Xəzər Lənkəran”ın heyətini gücləndirsə, mən bununla fəxr edəcəm. Bizim yetirmələrimiz bir çox klublarda çıxış edirlər.

- Bəs Amit Quluzadə ilə bağlı vəziyyət nə yerdədi?
- Onun “Erciyesspor”la iki illik müqaviləsi var. Lakin klub futbolçunu buraxıb. Transfer vərəqi isə bizə məxsusdu. Əgər o, başqa kluba keçmək istəsə, bunun üçün ilk növbədə bizim razılığımız lazımdı. Bizim icazəmiz olmadan onun harasa keçidi mümkün deyil.
- “Antalyaspor”un Cavid İmamverdiyevlə maraqlanmasından xəbəriniz varmı?
- Əgər hansısa klubun menecerləri futbolçu ilə maraqlanırsa, bu, o demək deyil ki, həmin oyunçu ilə dərhal müqavilə bağlamaq istəyirlər. “Neftçi”yə heç bir futbolçu ilə bağlı rəsmi təklif gəlməyib. Yalnız bəzi klub rəsmiləri Flavinyo və Bahodir Nasimovu öz komandalarında görmək istəklərini dilə gətiriblər. Lakin başa salmışıq ki, bu futbolçular satılmırlar.