9 iyun 2012 00:14

Neftçi də qalmaqallı oyun ilə bağlı bəyanat yaydı

U-15 Liqanın “Neftçi” – “Bakı” oyunundan (1:0) sonra baş verən xoşagəlməz olaylarla bağlı daha bir bəyanat yayılıb. Azerisport.az xəbər verir ki, qalmaqallı finalla bağlı bu dəfəki bəyanat “Neftçi”dən gəlib. Həmin bəyanatı olduğu kimi təqdim edirik.
 
“Son iki mövsümdə "Neftçi"nin qazandığı uğurlar göz qabağındadır. Əsas komandanın ardıcıl iki dəfə çempionluğu bayram etməsi bunu bir daha sübut edir. Bununla yanaşı "Neftçi" PFK-nın əvəzedici heyəti və aşağı yaş qrupları üzrə komandaları da müvafiq çempionatlarda qızıl medallara sahib oldu. Bunun məntiqli nəticəsi kimi "Neftçi"nin bütün yaş qrupları üzrə komandalarında oynayan futbolçular mütəmadi olaraq milli komandanın heyətinə cəlb olunur. Təəssüf ki, "Neftçi" PFK-nın qısa vaxt ərzində qazandığı bu uğurlar futbolun inkişafını əngəlləyənlərin, hansısa məqsədlərə qulluq edən qüvvələrin qısqanclığına səbəb olub. "Neftçi" PFK olaraq bir daha bəyan edirik ki, bizim heç bir klubla problemimiz yoxdur. U-15 liqasının 07.06.2012 tarixində "Bakı" klubu ilə keçirilmiş final matçında baş verən olaylar "Neftçi" PFK tərəfindən qəti şəkildə pislənir. Həmin görüşdə final fitindən dərhal sonra "Bakı" klubunun qapıçısı Elçin Tağıyevin qırmızı vərəqə almasına baxmayaraq, texniki zonadan kənarlaşdırılmaması və oyun bitən kimi futbolçumuzu vuraraq yerə yıxması xoşagəlməz olayların başlanmasına səbəb olmuşdur. Bundan sonra "Bakı" klubunun rəsmisi Yaşar Seyidov meydançaya daxil olaraq vəziyyəti sakitləşdirmək əvəzinə, dava edən uşaqlardan birini vuraraq yerə yıxdı. Bunun ardınca Yaşar Seyidov üzünü VİP lojaya tutaraq "Neftçi"nin icraçı direktoru Mübariz Xudiyevə təhrikedici çağırış etməklə onun meydana çıxmasına səbəb oldu. Yaşanan olaylar polis orqanının əməkdaşları, AFFA, "Neftçi" klubunun rəsmiləri, və "Bakı" klubunun digər nümayəndələrinin birgə səyi nəticəsində sakitləşdirildi. Qeyd etmək istərdik ki, KİV-də yayılmış videogörüntülər də yuxarıda yazılanları tam şəkildə təsdiq edir.
 
"Neftçi" PFK olaraq bir daha bəyan edirik ki, meydançalarda baş verən bu kimi olaylara qarşıyıq. İnanırıq ki, AFFA-nın müvafiq qurumu baş verənləri araşdıraraq ədalətli qərar çıxaracaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.