9 iyun 2012 12:28
AÇ-2012-nin açılışında Rövnəq Abdullayev də iştirak edib
Ötən gün futbol üzrə Avropa çempionatına start verildi. Azerisport.az xəbər verir ki, Polşanın Varşava şəhərində təşkil olunan qitə çempionatının açılış mərasimində AFFA rəhbərliyi də iştirak edib.
Belə ki, bu məqsədlə federasiya prezidenti Rövnəq Abdullayev də Polşaya yola düşüb. Mərasim zamanı Abdullayevlə yanaşı baş katib Elxan Məmmədov da Varşava stadionunda olub.
Qeyd edək ki, turnirin açılış matçında turnirin meydan sahiblərindən Polşa Yunanıstanla qarşılaşıb. Görüş sülhlə başa çatıb – 1:1.
