10 iyun 2012 01:45
Milli komandanın oyunçusu oğurlandı
İtaliyanın “Lecce” klubunun nigeriyalı yarımmüdafiəçisi Kristian Obodo xoşagəlməz hadisə ilə üzləşib. Azerisport.az xəbər verir ki, o, bir qrup silahlı adamlar tərəfindən qaçırılıb.
Onun qaçırılmasının səbəbləri hələ ki, məlum deyil. “Supersport.com”un yaydığı məlumata görə, 28 yaşlı oyunçu ötən gün səhər Varri şəhərindəki bir kilsənin yaxınlığında olarkən əsir götürülüb.
Hazırda Nigeriya polisi Obodonun axtarışı ilə məşğuldu. Müqavilə ilə “Udinese”yə məxsus olan, lakin son iki mövsümü “Torino” və “Lecce”də keçirən futbolçunun aqibəti qaranlıq olaraq qalır.
Maraq üçün xatırladaq ki, ötən il Nigeriyada İngiltərənin “Chelsea” klubunun formasını geyən Con Obi Mikelin atası qaçırılmışdı. Obodo 2004-cü ildən bəri Nigeriya yığmasının da şərəfini qoruyur.
