10 iyun 2012 02:37
Messi şou göstərdi, Argentina Braziliyaya qalib gəldi
Futbol üzrə Braziliya və Argentina yığmaları yoldaşlıq oyununda qüvvələrini sınayıblar. Azerisport.az xəbər verir ki, dünyanın ən güclü milli komandaları bir-biri ilə üz-üzə gəliblər.
Nyu Cersidə keçirilən və 82 min azarkeşin izlədiyi qarşılaşma kifayət qədər məhsuldar alınıb. Belə ki, tərəflər 90 dəqiqə ərzində 7 qol vurmağa imkan tapıblar.
Qarşılaşmada hesabı braziliyalılar açıblar. Amma Romulonun qoluna tezliklə Messi dublla cavab verib və komandasını hesabda önə keçirib. Fasilədən sonra Braziliya yenidən hesabda önə keçsə də, argentinalılar yenidən məğlub durumdan çıxmağı bacarıblar. Matçın qəhrəmanlarından birinə çevrilən Messi sona beş dəqiqə qalmış daha bir qol vurmaqla həm het-trikini, həm də Argentinanın qələbəsini rəsmiləşdirib.
Yoldaşlıq oyunu
9 iyun
Braziliya – Argentina – 3:4
Qollar: Romulo, 23, Oskar, 56, Halk, 72 – Messi, 31; 34; 85, Fernandes, 76.
