10 iyun 2012 15:16
Azərbaycan AÇ-2016-ya yeni komanda yaradır
Məlum olduğu kimi, futbol üzrə 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında 2016-cı ildə keçiriləcək Avropa Çempionatı Azərbaycanda təşkil olunacaq. Azerisport.az xəbər verir ki, bu məqsədlə Azərbaycan həmin qitə birinciliyinə yeni komanda formalaşdırır.
Belə ki, Aslan Kərimovun rəhbərlik etdiyi məşqçilər korpusu 1999-2000 təvəllüdlü futbolçular arasında seleksiya xarakterli toplanış keçirib. Təxminən 120 futbolçu arasında seçim aparan məşqçilərimiz onlardan 33-nü bəyəniblər. Azərbaycanın AÇ-2016-da çıxış edəcək yığması da məhz həmin futbolçulardan təşkil olunacaq.
