10 iyun 2012 15:40

“Biz indidən AÇ-2016 üçün yaxşı kollektiv formalaşdırmağa çalışırıq”

Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Mirbağır İsayev hazırda davam edən AÇ-2012, eləcə də yeni yaradılan yığmamızdan danışıb.
 
- Avropa çempionatının geridə qalan dörd oyununa baxa bilmisiz?
- Əlbəttə. Amma azarkeş yox, bir mütəxəssis kimi. AÇ məşqçilər üçün də böyük bir məktəbdi. Biz komandaları, onların hərəkətlərini izləyirik. Polşa və Yunanıstan arasındakı ilk oyun (1:1) maraqlı alındı. İlk 45 dəqiqəni polşalıların, ikinci hissəni isə yunanların hesabına yazmaq olar. Yunanlar sona kimi döyüşməyin necə faydalı olduğunu göstərdilər. Hər şey sənin xeyrinə olmadığı bir oyunda heç-heçəyə nail olmaq qələbəyə bərabərdi. Hakim səhvlərindən isə danışmaq istəməzdim.
 
- Rusiyanın Çexiyanı darmadağın etməsi (4:1) gözlənilməz olmadı ki?
- Dik Advokat son müsahibələrindən birində komandasını autsayder adlandırmışdı. Amma görünür o, bunu qəsdən deyib. Çünki çexlərlə qarşılaşma da göstərdi ki, ruslar heç də autsayder deyillər. Çexiya millisi isə öz səviyyəsindən aşağı çıxış etdi. Lakin bu, ilk oyun idi və hələ çexləri də siyahıdan silmək düz deyil. Baxmayaraq ki, ilk oyunlardan sonra A qrupunda Polşa və Rusiyanın şansları daha yüksək görünür.
 
- Danimarkanın Hollandiya üzərindəki sensasion qələbəsini (1:0) necə şərh edərdiniz?
- Avropa çempionatında zəif komanda olmur. Ona görə danimarkalıların qələbəsini sensasion hesab etmirəm. Onlar taktiki cəhətdən çox düzgün oynadılar. Hollandlar ilk hissənin yarısına kimi qol vurmaqdan başqa hər şeyi etdilər: çoxlu qol vəziyyətləri yaratdılar, qapı dirəyini nişan aldılar. Danimarkalılar qol vurandan sonra isə yalnız bircə səhvə yol verdilər. Amma bütövlükdə, taktiki cəhətdən əla mübarizə apardılar və layiqli qələbə qazandılar.
 
- Almaniya – Portuqaliya oyununda da birincilər üstün oldular – 1:0...
- Hamıya məlumdu ki, Almaniya yığması həmişə öz intizamı ilə fərqlənib. Bu komanda daim atletik futbola üstünlük verir. Portuqaliya isə daha çox topla oyuna üstünlük verir, texnikasına güvənir. Bu oyunda almanlar qələbə qazandılar. Məncə buna komanda oyunu sayəsində nail oldular.
 
- Rusiya və Portuqaliya DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqiblərindəndi. Millimizin bu komandalarla görüşlərdəki şansları barədə indidən nəsə demək olar?
- Etiraf etmək lazımdı ki, Rusiya və Portuqaliya yığmalarındakı ustalıq səviyyəsi millimizlə müqayiəsə çox yüksəkdi. İstənilən halda biz meydanın hər yeri uğrunda mübarizə aparmalıyıq ki, ən azı bir xal qazanmağa ümid edək. Hər iki rəqibimizin heyətində Avropanın güclü çempionatlarında, klublarında çıxış edən oyunçular yer alır. Məsələn, Kristiano Ronaldonun 90 milyon avro qiyməti var. Amma meydanda bunun hansısa əhəmiyyəti varmı? Almaniya da “90 milyon”a qarşı mübarizə aparırdı və qələbə qazandı.
 
- Tezliklə avrokuboklarda da yeni mövsümə start veriləcək. Klublarımızın şanslarını necə dəyərləndirərdiniz?
- Bildiyiniz kimi, hazırda AFFA-da seleksiyaçı koordinator kimi çalışıram. Ona görə də klublarımızın avrokuboklara hazırlığı barədə o qədər də məlumatlı deyiləm. Mən sadəcə onu arzulayıram ki, bütün klublarımız Azərbaycanl uğurlu şəkildə təmsil etsinlər.
 
- Bəs öz işləriniz hazırda nə yerdədi?
- Mayın sonlarında 1998-ci ilə qədər olan futbolçulardan ibarət yeni komanda yaratmışıq. Baş məşqçisi isə Aslan Kərimov təyin olunub. Bu komandanı yaratmaq üçün təşkil olunan seleksiya xarakterli toplanışa 120-yə yaxın futbolçu dəvət etmişdik. Yeri gəlmişkən, öz yetirmələrini həmin toplanışa gətirən bütün məşqçilərə öz təşəkkürümü bildirirəm. Həmin uşaqlardan biz 33-nü seçdik. Bildiyiniz kimi, U-17-lər arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək. Bu məqsədlə biz indidən həmin turnir üçün yaxşı bir kollektiv formalaşdırmağa çalışırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.