10 iyun 2012 16:20
Baçana Tsxadadze: Özümüzü göstərməliyik (VİDEO)
“İnter” Türkiyənin İzmit şəhərinin yaxınlığındaki Kartepe qəsəbəsində təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, toplanışda iştirak edən hücumçu Baçana Tsxadadze “İnter TV”yə müsahibə verdi.
Futbolçu müsahibəsində başa çatan mövsüm haqqında danışıb, toplanışın gedişi barədə söhbət açıb, “İnter”in Avropa Liqasındakı şanslarını dəyərləndirib və hazırda keçirilən Avropa çempionatında azarkeşlik etdiyi yığmanın adını açıqlayıb.
