10 iyun 2012 16:24
Qarabağın hücumçusu Almaniya klubunun hədəfində
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov karyerasını Almaniyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, millimizin forvardı ilə bu ölkənin bir neçə klubu maraqlanır.
Bunu saytımıza açıqlamasında Nadirov özü də təsdiqləyib: “Bəli, belə bir söhbət var. Amma hələlik konkret heç nə deyə bilmərəm. Hər şey dəqiqləşən kimi, biləcəksiz”.
