10 iyun 2012 16:45
Abışov: XL-ın irəli sürdüyü şərtlər Neftçinin təklifindən daha sərfəlidi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun qardaşı və meneceri olan Sərxan Abışov onun “Xəzər Lənkəran”la anlaşdığı barədə xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Ruslan hazırda Türkiyədə istirahət edir. O, Bakıya iyunun 12-də qayıdacaq. Hazırda “Xəzər Lənkəran”dan da təklif almışıq. Konkret məbləği açıqlaya bilməsəm də, təklifin çox sərfəli olduğunu deməliyəm. Hətta deyərdim ki, “Xəzər Lənkəran”ın irəli sürdüyü şərtlər “Neftçi”nin təklifindən də yaxşıdı. Amma yekun qərarı futbolçu özü verəcək. O, Türkiyədən qayıdan kimi “Neftçi”nin prezidenti Sadıq Sadıqovla da görüşməlidi. Bu görüş hətta “Xəzər Lənkəran”a keçid alınsa da, baş tutacaq”.