10 iyun 2012 17:03
A Seriyasına son vəsiqənin də sahibi müəyyənləşdi
Futbol üzrə İtaliya A Seriyasının yeni mövsümünə son vəsiqənin sahibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, 2012-2013-cü il mövsümünün son xoşbəxt iştirakçısı “Sampdoria” olacaq.
Bu komanda ötən gün keçirilən “Varese” ilə pley-off oyununda qələbə qazanmaqla bu hüquqa yiyələnib. Belə ki, bu komandalar arasındakı ilk oyun 2:2 hesabıyla bitmişdi. Lakin səfərdə keçirilən oyunda “Sampdoria” minimal hesabla qalib gəlməyi bacarıb. Beləcə, ümumi hesabda daha üstün olan bu komanda bir illik fasilədən yenidən A Seriyasına qayıdıb.
Xatırladaq ki, “Sampdoria”dan öncə B Seriyasının çempionu “Pescara” və “Torino” da elitaya vəsiqə qazanmışdı.
