10 iyun 2012 11:44

“Neftçi ÇL-də iki mərhələ adlayacaq gücdədi”

Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev azerisport.az saytının suallarını cavablandırıb.
 
- Yığmamızın AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş İslandiya ilə səfər oyununu (2:1) necə dəyərləndirərdiz?
- Çətin oyun oldu. Amma biz bu oyuna xüsusi hazırlaşmışdıq. Norveçə məğlubiyyətdən sonra başa düşürdük ki, özümüzü göstərmək üçün qələbə qazanmalıyıq. Düzdü, qapımızda erkən qol gördük, 77-ci dəqiqəyə qədər məğlub durumda idik. Amma bu da bizi sındırmadı. Komanda sona kimi uğur qazanacağına inanırdı və sonda da istəyinə çatdı.
 
- İlk hissədə oyunumuz o qədər də yaxşı alınmırdı. Fasilədə nə baş verdi ki?
- Məşqçilərimiz tablodakı nəticəyə fikir verməməyimizi, öz oyunumuzu oynamağı tapşırdılar. Eyni zamanda qrup sonuncusu olmamaq üçün mütləq məğlubiyyətdən yaxa qurtarağımız lazım idi. Xoşbəxtlikdən məşqçilərin tapşırıqlarını yerinə yetirə bildik və əzmkar qələbə qazandıq.
 
- Siz komandamızın sonuncu dəfə səfərdə nə vaxt qələbə qazandığını xatırlayırsız?
- Düzünü deyim ki, mən belə statitsika aparmıram. Səfərdən qayıdanda bizə dedilər ki, komandamız uzun müddət imiş səfərdə qələbə qazanmırmış. Əgər səhv etmirəmsə, sonuncu səfər qələbəmiz 2000-ci ildə Makedoniya üzərində qazanılıb.
 
- İslandiyaya vurduğunuz qol seçmə mərhələdə üçüncü oldu. Bu göstəriciyə əsasən sizi millinin bombardiri saymaq olar...
- Üç qol o qədər də çox deyil. Vacib olan odu ki, bu qol qələbə gətirdi. Mənim üçün kimin qol vurması heç vaxt prinsipial əhəmiyyət daşımayıb. Mən də öz üzərimdə işləyirəm, qol vurmağa çalışıram. Amma kollektiv oyun, komandanın uğuru mənim üçün daha vacibdi.
 
- Bu seçmə mərhələdə artıq yeddi xal toplamısız. Sizcə, yığma buna layiqdi?
- Biz bundan da çox xal toplamalı idik. Məsələn, ən azı Norveçlə evdə, Belçika ilə səfərdə heç-heçə etməyə borcluyduq. Komandamızın böyük potensialı var. Mənə elə gəlir ki, bir qədər də öz üzərimizdə işləsək, hətta Avropa çempionatına çıxmaq barədə də düşünmək olar. Niyə də olmasın?

 
- “Neftçi”nin Çempionlar Liqasındakı çıxışından nə gözləyirsiz?
- Fikrimcə, biz bu turnirdə iki mərhələ adlayacaq gücdəyik. Futbolçu heç nədən qorxmamalıdı. Əgər qorxursansa, heç meydana çıxmağa dəyməz. Biz layiqli şəkildə ölkə çempionu olduq. İndi bu uğurun davamını avrokuboklarda da gətirmək lazımdı.
 
- “Neftçi”nin potensial rəqibləri ilə tanış olmusuz?
- Maraqlanmıram. Amma bilirəm ki, Çempionlar Liqasında zəif komanda olmur. Şübhəsiz ki, bizim perspektivimiz püşkatmadan da asılıdı.
 
- Sizinlə Türkiyə klublarının maraqlandığı barədə xəbərlər dolaşır...
- Mənim “Neftçi” ilə müqaviləm var. Bütün fikirlərimi komandama yönəltmişəm. Əgər başqa təkliflər olsa, baxaram. Lakin indiki komandamda özümü yaxşı hiss edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.