10 iyun 2012 13:12
Azərbaycan İngiltərə və İsveçrə ilə eyni qrupa düşdü
2013-cü ildə keçiriləcək çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, İtaliyada baş tutan mərasimdə Azərbaycan yığması da mundiala çıxmaq yolundakı rəqiblərini tanıyıb.
Belə ki, yığmamız C qrupunda İsveçrə, İngiltərə və Belarusla mübarizə aparmalı olacaq. Digər qrupların tərkibi isə aşağıda göstərilib.
Qeyd edək ki, qrup mərhələsinin ardından 16 ən güclü komanda 1/8 finalda mübarizə aparmaq hüququ qazanacaqlar. Qaliblər 4 komandadan ibarət iki final qrupu yaradacaqlar. Məhz həmin qruplarda ilk iki yeri tutan komandalar Taitidə keçiriləcək DÇ-2013-ə vəsiqə qazanmış olacaqlar.
A qrupu: Rusiya, Polşa, Almaniya, Latviya
B qrupu: Portuqaliya, Ukrayna, Yunanıstan, Moldova
C qrupu: Azərbaycan, İngiltərə, İsveçrə, Belarus
D qrupu: İspaniya, Türkiyə, Hollandiya, Norveç
Е qrupu: İtaliya, Macarıstan, İsrail, Bolqarıstan
F qrupu: Rumıniya, Fransa, Çexiya, Estoniya.
