11 iyun 2012 13:16
Şahin Diniyev: AÇ-2012-də sürprizlər çox olacaq
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev hazırda davam edən Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Polşa və Ukraynada keçirilən qitə birinciliyində xeyli sürprizlərin olacağını bildirib:
“Çempionat hələ yenicə başlayıb. Ona görə də indidən hansı komandaların yarımfinala və ya finala çıxacağını demək düzgün olmazdı. Mənə elə gəlir ki, bu çempionatda çoxlu sürprizlə olacaq. Hətta ola bilsin ki, hansısa komanda sürpriz şəkildə finala da çıxsın. Amma ilk oyunlarından sonra daha çox İspaniya, Almaniya və Rusiya xoşuma gəlib”.