11 iyun 2012 14:17

Mirça Rednik: Azərbaycan futbolçuları Avropadakılardan geri qalmırlar, amma...

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik azerisport.az saytına müsahibəsində hazırkı işlərindən, keçmiş komandasından, eləcə də Azərbaycan futbolundan danışıb.
 
- Azərbaycanı sonuncu dəfə nə vaxt xatırlamısız?
- Prinsipcə, mən sentimental insan deyiləm. Amma Lənkəranı tərk edərkən göz yaşlarımı saxlaya bilməmişdim. Ordakı azarkeşlər fantastik idilər. Onları unutmaq çətindi.

- Premyer Liqamızda baş verənləri izləyə bilirsizmi?
- Əlbəttə. Bilirəm ki, “Neftçi” çempion oldu. “Xəzər Lənkəran” mövsümü ikinci, “İnter” üçüncü yerdə bitirdi. Təəssüf ki, bu nəticələri müzakirə edə bilmərəm. Bu, ədalətli olmaz. Çünki oyunları izləmirdim. Amma hesab edirəm ki, “Xəzər Lənkəran” da çempion olacaq gücdə idi.
 
- Keçmiş klubunuzun altı xalının öncə silinib, sonradan bərpa olunmasını necə qarşıladınız?
- Mən çox şadam ki, sonda haqq-ədalət öz yerini tapdı. “Xəzər Lənkəran” haqlı olduğu halda cəzalandırılsaydı, ədalətsiz olacaqdı. Ümumiyyətlə, rəhbərlik səviyyəsində buraxılan hansısa səhvə görə oyunçuların çətin vəziyyətdə qalması düzgün deyil.
 
- “Xəzər Lənkəran”ın Avropa Liqasındakı şanslarını necə dəyərləndirirsiz?
- Çox şey püşkdən asılı olacaq. Ötən mövsüm biz səpələnməmişlər səbətində idik. Buna görə də bizə daha güclü Tələviv “Maccabi”si düşdü. O komandanı keçmə mümkünsüz idi. Bu dəfə isə komanda səpələnmişlər sırasındadı. Ona görə də şanslar xeyli yüksəkdi.
 
- Hazırda çalışdırdığınız “Petrolul”da hansısa futbolçunu görmək istərdinizmi?
- Əminəm ki, Kamran Ağayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev kimi futbolçular burda özlərini asanlıqla sübut edə bilərdilər. Həmçinin Şəhriyar Rəhimovun da çıxışından xoşum gəlirdi. O, gənc, talantlı oyunçudu.
 
- Amma azərbaycanlı futbolçular xaricdə oynamaqda o qədər də maraqlı deyillər. Sizcə, bunun səbəbi nədi?
- Azərbaycanlı futbolçuların əsas problemi daha çox mentalitetdən qaynaqlanır. Onlara yaxşı pullar xərclənir ki, bu da hər bir futbolçunu qane edir. Peşəkar planda artırmaq haqda düşünən çox azdı. Yığmanın da nəticələri çox vaxt bundan qaynaqlanır. Demək olar ki, heç bir futbolçunun legioner təcrübəsi yoxdu. Halbuki, bu, çox vacibdi. Azərbaycanlı futbolçulara kənar şəraitə alışmaq çox çətin gəlir. Məncə əsas problem də elə budu. Potensiallarına görə heç də Avropadakı futbolçulardan geri qalmırlar. Amma bu potensialı açmaq yönündə heç nə etmirlər.
 
- Bəs qiymətləri nə dərəcədə problem yaradır?
- Azərbaycanlı futbolçuların qiymətləri həqiqətən çox yüksəkdi. Hansı ki, həmin qiymətə Rumıniyanın gənclərdən ibarət yığmasından 2-3 futbolçu almaq olar.
 
- Yenidən Azərbaycana qayıtmağa razı olardınız?
- Məmnuniyyətlə belə bir varianta baxardım. Amma hazırda “Petrolul”la müqaviləm var. Bu komandanın uğurları barədə düşünürəm. Növbəti mövsümdə avrokuboklara düşmək haqda düşünürük. Buna görə də komandanı gücləndirməklə məşğuluq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.