11 iyun 2012 14:55
Hafiz Məmmədov: Belə hərəkətlərə yol vermək olmaz
“Bakı”nın prezidenti Hafiz Məmmədov 15 yaşlılar arasında Azərbaycan çempionatının “Neftçi” ilə final matçında baş verən olaylara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində “zolaqlılar”ın prezidenti bunları dilə gətirib:
“Digər klublarımızla olduğu kimi, “Neftçi” ilə də aramızda dostluq münasibətləri var və bunu heç kim korlaya bilməz. Mən bu davanı eşidəndə öncə meydanda belə böyük münaqişənin baş verməsinə inanmadım. Amma olayları əks etdirən fraqmeni izləyəndən sonra qərar verdim ki, dərhal klubdaxili toplantı keçirmək lazımdı. Bu gün klubun ofisində komandanı bir yerə yığacam və baş verənləri müzakirə edəcəyik. Yalnız ondan sonra bu haqda qərar çıxacağam. “Bakı” həmişə uşaq futbolunun inkişafına çalışıb, bundan sonra da bu yöndə siyasətini davam etdirəcək. Amma görünür onlarla görüşlər keçirmək, başa salmaq lazımdı ki, futbol meydanlarında belə hərəkətlərə yol vermək olmaz. Çünki onlar futbolçu olmaqla yanaşı, həm də vətənin gələcək əsgərləri, kişiləri, atalarıdılar”.