11 iyun 2012 15:18
UEFA Portuqaliya və Almaniyanı da cəzalandırmağa hazırlaşır
UEFA AÇ-2012 çərçivəsində B qrupunda Almaniya və Portuqaliya yığmaları arasında Lvovda keçirilən matç zamanı baş vermiş insidentlərlə əlaqədar iki inzibati iş qaldırılacaq. Azerisport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Almaniya Futbol İttifaqına qarşı iş açılması almaniyalı azarkeşlərin meydana kənar əşyalar atması ilə əlaqədardı. Portuqaliya Futbol Federasiyası isə bunda ittiham edilir ki, oyunun ikinci hissəsinin başlanması bu ölkənin futbolçularının təqsiri üzündən ləngiyib.
UEFA-nın intizam nəzarəti instansiyasının iclası iyunun 14-də keçiriləcək.
Qeyd edək ki, bundan öncə UEFA Rusiya yığmasının azarkeşlərinin Çexiya ilə oyundan sonra stadion işçiləri ilə dalaşması ilə əlaqədar araşdırmalara başladığını bəyan etmişdi.
