11 iyun 2012 15:37
“Klublarımızın avrokuboklar ərəfəsində çoxlu futbolçu alması uğurlu addım deyil”
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Rauf Əliyev klublarımızın transfer siyasətindən danışıb. Azerisport.az saytına müsahibəsində o, xüsusilə avrokuboklarda çıxış edəcək klublarımızın çoxlu pul xərcləməsinin vacib olmadığını dilə gətirib:
“Əlbəttə, avrokubokların startına 3-4 həftə qalmış çoxlu futbolçu almaq o qədər də uğurlu addım deyil. Mənim fikrimcə, ən yaxşı halda iki və ya üç futbolçu almaq lazımdı. Yalnız o halda xətlər arasındakı əlaqənin yaxşı səviyyədə qalmasına nail olmaq olar. Əks halda ümumi komanda oyunu alınmaya bilər”.